• Bakı, 2019-12-13,
Seanews
Heyder Eliyev

Azərbaycanda gəmiçilik sürətli inkişaf dövrünü yaşayır-REPORTAJ

Son illər Azərbaycanda gəmiçilik və gəmiqayırma sahəsində güclü sıçrayışa nail olunub. Bu sözləri Odessa Dəniz Mühəndisliyi Bürosunun direktoru  Gennadi Yeqorov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda nəhəng və unikal gəmilərin tikintisi təkcə milli gəmiçiliyin inkişafından yox, eyni zamanda ölkədə mövcud olan güclü sənaye potensialından xəbər verir.

Yeqorov hazırda Gəmiçiliyin sifarişləri əsasında Bakı Gəmiqayırma Zavodunda tikilən unikal tanker və bərələr  haqqında da danışıb. Bildirib ki, onlar ölkənin iqtisadi gücünün artmasına böyük töhfə verəcəklər.  Bununla belə, o, yaxın gələcəkdə inşa olunacaq gəmilərin sayının artacağını da istisna etməyib: “Bakı Gəmiqayırma Zavodunda gələcəkdə quru yük gəmiləri, təchizat gəmiləri də tikiləcək. Bu, çox vacibdir. Gəmi tikintisi istənilən dəniz ölkəsinin inkişaf səviyyəsinin göstəricisidir. Başqa sözlə, öz gəmilərini, avtomobillərini, təyyarələrini tikmək qüdrətinə malik ölkələr digərlərinə nisbətən daha güclü hesab olunur.”

Ukraynalı ekspertin sözlərinə görə, ölkəmizdə bu sayda yeni gəmilərin tikintisi Azərbaycanda digər xarici ölkələrin sifarişlərinin yerləşdirilməsinə də gətirib çıxaracaq.  Beləliklə, Bakı Asiya və Avropada əsl gəmi tikintisi mərkəzinə çevriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır