Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

TRACECA nəqliyyat dəhlizi böyük yükdaşıma potensialına malikdir

TRACECA nəqliyyat dəhlizi layihəsinin hökumətlərarası komissiyasının Azərbaycan üzrə Milli katibi Akif Mustafayev ilə müsahibə

– Avropa-Qafqaz-Asiya (TRACECA) beynəlxlaq nəqliyyat dəhlizinin fəaliyyətə başlamasından bu günədək görülən işləri necə qiymətləndirirsiniz?

– 1988-ci ilin sentyabrında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda “TRACECA – Tarixi İpək Yolunun bərpası” adında Beynəlxalq konfrans keçirildi.Bu konfransın əsas nəticəsi  12 dövlət və hökumət başçısının “Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı üçün beynəlxalq nəqliyyat üzrə “Əsas Çoxtərəfli Saziş”-i imzalaması oldu. Sonrakı illərdə İran da Əsas Çoxtərəfli Sazişə qoşuldu.   Sazişin imzalanmasından bu günə kimi TRACECA üzrə həm Avropa Komissiyası, həm də sazişə üzv dövlətlər bir çox mühüm layihələr reallaşdırıb. Təkcə TRACECA nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 2000-2012-ci illərdə görülən işlərə nəzər salsaq bunu deməyə əsasımızın olduğunu görərik. Məsələn, Gürcüstanı Azərbaycanla birləşdirən yeni körpü ( Qırmızı körpü- Sınıq Körpü) inşa edilərək istifadəyə verilib. Bakı ilə Böyük-Kəsik dəmiryol stansiyasını birləşdirən 503,0 km uzunluğunda xətt boyu optik telli kabel çəkilib. Bakı Beynəlxalq Dəniz Limanında konteyner terminalı tikilib və avadanlıqlar quraşdırılıb. Liman , eyni zamanda müasir naviqasiya avadanlığı ilə təchiz olunub. Kür çayı üzərində dəmir yolu körpüsü inşa edilib və s.

Son beş ildə isə Avropa Komissiyası yalnız texniki dəstək verməklə kifayətlənib. İndi əsas işləri dövlətlər öz maliyyəsi ilə həyata keçirirlər. Azərbaycan da dəhlizin inkişafı üçün xeyli regional əhəmiyyətli iş görüb. Bu məqsədlərə son 10 ildə bir neçə milyard dollar həcmində vəsait yönəldib. Məsələn, yeni avtomobil magistralları və körpülər inşa edilib, sıradan çıxmış yollar bərpa olunub, dəmiryolları modernləşdirilib, yeni vaqonlar, elektrovozlar, bərə gəmiləri, tankerlər və quru yük gəmiləri alınaraq istismara verilib.

– Bəs, gömrük sahəsində görülən işlər?

– Bu sahədə də irəliləyiş əldə olunub. TRACECA nəqliyyat dəhlizi üzrə sərhəd-buraxılış məntəqələrində “qaynar xətt” lövhələri quraşdırılıb. Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı əsasında sərhəd-gömrük məntəqələrində “bir pəncərə” sisteminin tətbiqinə başlanılıb. Təzə avadanlıqlar alınıb. İndi nəqliyyat vasitələrindəki yükləri yoxlamaq üçün onları boşaltmağa ehtiyac yoxdur.  Bu işi xüsusi skanerlər  həyata keçirir.  İnfrastrukturla yanaşı, xidmətin inkişafı Qərb-Şərq istiqamətində ən qısa  olan TRACECA nəqliyyat dəhlizi ilə tranzit daşımaların effektivliyini artırır.

– Azərbaycanın reallaşdırığı layihələrdən biri və demək olar,  ən önəmlisi Bakı-Tibilisi-Qarsdır. Gözləntiləriniz nədən ibarətdir?

– Bu layihə Azərbaycan və Avro-Asiya regionu üçün çox vacibdir. Ona görə də ölkəmiz əlindən gələni edir. Zaman-zaman biz tərəfdaş ölkələrə bu layihənin icrası üçün dəstək də göstərmişik. Amma obyektiv və subyektiv səbəblərdən Bakı-Tibilisi-Qarsın istismarı yubanır. Bu dəmiryolu xətti işə düşdükdən sonra,  Çin-Qazaxıstan – Xəzər dənizi – Azərbaycan  – Gürcüstan – Türkiyə marşurutu ilə əlavə yükləmə-boşaltma əməliyyatları olmadan  yükləri birbaşa Avropaya daşımaq mümkün olacaq. Bakı-Tbilisi-Qars magistral dəmiryolu Türkiyə və Avropaya yük və sərnişin daşımaları baxımından əsas  rol oynayacaq . TRACECA (Şərq-Qərb) nəqliyyat dəhlizində daşımaların əsas payının  dəmir yolunun üzərinə düşməsi tikilməkdə olan və istismara verilməsi  yaxın zamanda   gözlənilən Bakı-Tbilisi-Qars dəmir  yolunun  əhəmiyyətli olacağını deməyə əsas verir.

– Yükdaşımaların artmasında Bakı Ələt Limanın rolu nədən ibarət olacaq?

– Bakı Beynəlxalq Dəniz Ticarət  Limanı gələcəkdə Böyük İpək Yolunun müasir qapıları rolunu oynayacaq.  Liman kompleksinin tikintisinin  400 ha ərazidə və üç mərhələdə həyat keçirilməsi nəzərdə tutulub. Artıq birinci mərhələyə daxil olan liman qurğularından biri olan bərə terminalı istifadəyə verilib. Buradan gəmi-bərələr ilə Qazaxstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına yüklərin daşınması həyata keçirilir.Yaxın gələcəkdə bu ərazidə azad iqtisadi zonanın yaradılmasını da nəzərə alsaq,  limandan istifadə edən daşıyıcıların (operatorların) sayı kəskin artacaq. Ona görə də  davam edən   tikinti işlərini  sürətlə aparmaq lazımdır. Bundan başqa, Ələt limanında daşıyıcıların , o cümlədən  sürücülərin təlabatını ödəmək üçün əlavə xidmət sahələrinin yaradılması da mütləqdir.  Ən əsası  liman ərazisində yük gətirən sürücülərin qalması  üçün hotel və məişət xidməti obyektləri tikilməlidir. Çünki, küləkli və əlverişsiz hava günlərlə davam edə bilər və belə vəziyyətdə daşımalar məcburən dayandırılar.

– Qonşu ölkələrin infrastruktur olaraq  həyata keçirdiyi  işlər sizi qane edirmi?

– Azərbaycanın nümunəsi və  TRACECA dəhlizi  üzərindən daşımaların həcminin yaxın perspektivdə artması ƏÇS–nın digər üzv dövlətlərin də ( xüsusən, Qazaxıstan, Gürcüstan və Türkiyə) infrastrukturun təkmilləşdirilməsi və inkişafı üzrə layihələr həyata keçirilməsini zəruri edir. Fakt odur ki, hazırda Qazaxıstanın Aktau Limanında və Türkmənistanın Türkmənbaşı Limanında bu istiqamətdə genişmiqyaslı tədbirlər görülür. Qazaxıstanda Kurik Dəniz Limanı istifadəyə verilib.  Türkmənistanda da müasir dəniz ticarəti limanının inşaasına başlanılb. Təbii ki, bunlar çox vacibdir və sağlam  rəqabət üçün şərait yaradır. Rəqabətin mövcud olduğu yerdə isə irəliləyiş əldə etmək daha asandır.

– Yükdaşımaları artırmaq üçün bütün sahələrdə inkişaf önəmlidir. O cümlədən , dəniz nəqliyyatında…Bu gün Xəzər Dəniz Gəmiçiliyi donanmanın yenilənməsinə xüsusi diqqət yetirir…

– Dəhlizin rəqabət qabiliyyətinin artırılması üçün dəniz  nəqliyyatı donanmasının tərkibinin genişləndirilməsi və müasirləşdirilməsi istiqamətində aparılan işlər göz önündədir. Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”  QSC-i  Xəzər dənizində dominant mövqedədir. Onun balansında kifayət qədər bərə və tanker var. Azərbaycanın indi gəmiqayırma zavodu mövcuddur. Bu da o deməkdir ki, bizim donanmamızın zənginliyi ilə bağlı hər hansı problemimiz olmayacaq. Elə  üstünlüyümüz də budur. Ümumiyyətlə, Xəzərdə  AXDG-nin rolu çox böyükdür. Digər Xəzər yanı ölkələrin belə imkanları yoxdur. Biz indi Qazaxıstanı da, Türkmənistanı da imkanlarımıza  görə geridə qoyuruq.  Amma bir məsələni xüsusi qeyd etmək istəyirəm ki, adını çəkdiyim ölkələr də yeni tankerlər və bərə gəmiləri  almaqda maraqlıdırlar. Digər tərəfdən, Rusiya Xəzərdə daşımaların inkişafıyla bağlı qarşısına strateji hədəf qoyub. Buna görə də rəqabəti nəzərə alıb daha böyük işlər görməliyik.

– Bəs, bu görülən işlərin nəticəsi  statistikalarda özünü necə göstərir?

– Təbii ki, həyata keçirilən infrastruktur  tədbirləri yekunda  Qərb-Şərq istiqamətində və xüsusən də Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə yük və sərnişin daşımalarının artmasına xüsusi təsir edir.  Rəsmi statistikaya görə,  son  illər ərzində TRACECA nəqliyyat dəhlizinin Azərbaycan seqmenti ilə ildə orta hesabla 25.0 mln ton , o cümlədən 10, 0 mln ton tranzit yükü və 150 mln sərnişin daşınıb. Qeyd etmək lazımdır ki, son iki ildə dünyada və regionda baş verən iqtisadi böhran səbəbindən  bu daşımaların həcmi, xüsusən də 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır