Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Azərbaycanda yeni tikilən gəmilərə milli adların verilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycanda yeni tikilən gəmilərə milli adların verilməsinə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra başlanıb.

"Seanews.az" xəbər verir ki, məhz, Ümummilli Liderin təşəbbüsü ilə 1970-ci il martın 31-də Azərbaycan KP MK-nın büro iclasında bu məsələ qaldırılır və qərar qəbul edilir. 1970-ci ildə Həştərxanda “Xəzərdənizneft” birliyi üçün inşa edilmiş kran gəmisinə ad verilməsi məsələsi Azərbaycan KP MK-nın 2 fevral 1971-ci il tarixli büro iclasında müzakirə olunur. 1400 at qüvvəsinə və 25 ton yükqaldırma imkanına malik kran gəmisinə Azərbaycanın tanınmış neftçisi Fuad Səmədovun adı verilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır