Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Həmkarları veteran dənizçini 90 illik yubileyi münasibətilə təbrik ediblər

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyatı Donanmasının sabiq əməkdaşı, veteran dənizçi Gennadi Kozlovu dənizçi həmkarları 90 illik yubileyi münasibətilə təbrik edib.

Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Qəhrəman Cəfərov yubiliyarı bütün dənizçilər adından təbrik edərək, ona cansağlığı arzulayıb.  Daha sonra Gennadi Kozlova Fəxri Fərman təqdim olunub.

Həmkarları həyatının böyük hissəsini dənizçiliyin inkişafına həsr etmiş Gennadi Kozlovun xidmətlərini xatırlayıb, onun məhsuldar fəaliyyətinin gənc nəslə örnək olduğunu bildiriblər.

Qocaman dənizçi də öz növbəsində minnətdarlığını bildirib, təqaüddə olmağına baxmayaraq gəmiçilik sahəsində baş verən yenilikləri daim izlədiyini və qazanılan uğurlara görə sevindiyini qeyd edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır