Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

ADDA-da Ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib

Dekabrın 12-də Azərbaycan Dövlət Dəniz Akademiyasında xalqımızın Ümummilli lideri Heydər Əliyevin anım mərasimi keçirilib.

Tədbir Ulu öndərin əbədi xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlayıb. Sonra ADDA-nın Tədris və tərbiyə işləri üzrə prorektoru Zahid Şərifov çıxış edib. O bildirib ki,  həm Sovet İttifaqı dönəmində, həm də müstəqillik dövründə Azərbaycanda dövlətçiliyin sükanı arxasında məhz belə bir şəxsiyyətin olması xalqımız üçün çox uğurlu  məqamdır. Xüsusən də müstəqillik əldə etdikdən sonra səriştəsiz insanların acınacaqlı bir hala saldığı dövlətin rəhbərliyinə yenidən qayıtmaq o dövrdə böyük bir cəsarət tələb edirdi. Lakin Heydər Əliyevin vətən və millət sevgisi bu çətin işin öhdəsindən məharətlə gəlməsində ona kömək etdi. Z.Şərifov mərasim iştirakçılarına məhz Ümummilli liderin təşəbbüsü ilə ölkəmizdə ilk dəfə dənizçilik sahəsində ali təhsil verən Azərbaycan Dövlət Dəniz Akademiyasının yaradılmasını da xatırlatdı.

ADDA-nın “Humanitar fənlər” kafedrasının müdiri, dosent İlqar Abdullayev çıxışında bildirdi ki, müasir Azərbaycan dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi şüurun, siyasi həyatın 30 ildən artıq bir dövrünü əhatə edən zaman kəsiyində böyük siyasət xadimi kimi tanınan və dərin zəkaya, ensiklopedik biliyə, geniş dünyagörüşünə malik olan tarixi şəxsiyyətin - Heydər Əliyevin adı onun gerçəkləşdirdiyi konkret işlərlə bağlıdır.

ADDA-nın Həmkarlar Komitəsinin sədri Elxan Məmmədov Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinin hər birimiz üçün nümunə olduğunu qeyd edib.  Bu gün fəxrlə deyə bilərik ki, dahi öndərimizin başladığı işləri onun siyasi varisi, hörmətli Prezidentimiz cənab İlham Əliyev layiqincə davam etdirir. Məhz möhtərəm Prezidentimizin ötən illər ərzindəki fəaliyyəti göstərir ki, Heydər Əliyev ideyaları yaşayır, onun siyasəti davam edir və xalqımız öz firavan gələcəyinə inamla addımlayır.

Tədbirin sonunda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin İctimaiyyətlə əlaqələr departamentinin hazırladığı “Dəniz qüdrətli dahi” sənədli filmi nümayiş etdirildi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır