Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

class="short-news-header">Dənizçilər peşə bayramlarını qeyd edirlər

25 iyun dünyada "Dənizçi Günü" kimi tarixə düşüb. Artıq 6 ildir ki, Azərbaycanda da dəniz nəqliyyatı işçiləri öz peşə bayramlarını rəsmi səviyyədə qeyd edirlər.  Belə ki, Prezident İlham Əliyevin 2014-cü ilin 19 iyununda imzaladığı sərəncamla "Dənizçi Günü" peşə bayramı təsis edilib.

Hazırda təqribən dünyada yüklərin 90%-i dəniz yolu ilə daşınır. Demək olar ki, gündəlik istifadə etdiyimiz qida məhsulları və ya sənaye əhəmiyyətli digər mallar gəmilərlə daşınır. Məhz, bu səbəbdən dənizçilərin və dənizçiliyin həyatımızda rolu çox böyükdür. 

Bu gün biz bütün dənizçiləri xatırlayırıq. Onlara fədakarlıqlarına, vəzifələrini məsuliyyətlə yerinə yetirdiklərinə görə sonsuz təşəkkürümüzü bildiririk.

Bayramınız mübarək, əziz dənizçilər! Sizin hər birinizə uğurlar diləyir, ən xoş arzularımızı çatdırır gərgin, lakin olduqca şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq!


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır