Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

tin vəziyyətlərdən baş çıxarmağı bacaran uzaq səfərlər kapit

Sevda Abdullayeva – İctimaiyyətlə əlaqələr departamentinin mütəxəssisi Fətul Həsən oğlu Fətullayev 1915-ci ildə Orconikidze (indiki Vladiqafqaz) şəhərində anadan olub. 1936-cı ildə Bakı dənizçilik texnikumunu “Uzaq səfərlər gəmi sürücüsü” ixtisası ilə bitirib və Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində əmək fəaliyyətinə başlayıb. Özünə qarşı tələbkarlığı ilə seçilən gənc tezliklə dənizçilər arasında nüfuz qazanıb. Neft donanmasının qabaqcıllarından olub. F.Fətullayevin liderlik keyfiyətləri və təşkilatçılıq qabiliyyəti Böyük Vətən müharibəsi illərində özünü xüsusilə biruzə verib. 1942-ci ildə kapitan göyərtəsinə qalxıb. Müharibə illərində iritonnajlı “ÜKP(b)” tankerində böyük istehsal riski olan yüklərin – hərbi sursatın,  döyüş texnikasının və yanacağın daşınmasını həyata keçirib. Kapitanı olduğu gəmi dəfələrlə aviahəmlələrə məruz qalıb. Belə şəraitdə kapitan kimi xüsusi bacarıq və şücaət göstərib. Müharibədən sonrakı illərdə F.Fətullayev tankerlərdə işləməkdə davam edib. Qabaqcıl metodlardan məharətlə istifadə edərək böyük nailiyyətlər əldə edib. Xəzərdə neftin yeni xətlərlə – Neft Daşlarından və Çələkəndən daşınmasında fəal iştirak edib. İyirmi il  hami kapitan kimi donanma üçün təcrübəli kadrlar hazırlayıb. Fətul Fətullayevin fədakar əməyi “Qırmızı Ulduz” və “Oktyabr İnqilabı” ordenləri, “Qafqazın müdafiəsinə görə”,  “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə”, “Əmək rəşadətinə görə”,  “Əməkdə fərqlənməyə görə” medalları ilə qiymətləndirilib.  “Dəniz donanmasının fəxri işçisi” və  “Xəzərin veteranı”  olub. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır