• Bakı, 2019-12-12,
Seanews
Heyder Eliyev

crübəsi və səriştəsi ilə hamını heyran qoyan kap

Hacı Vahab böyük dənizçilər sülaləsinin bünövrəsini qoymuş ulu babası Hacı Zeynalabdin kimi gəmi kapitanı olub. Dənizçilik peşəsinin sirlərinə erkən yaşlarından, hələ uşaq ikən yiyələnməyə başlayıb. Tezliklə Xəzərdə ən təcrübəli kapitan kimi ad çıxarıb. Savadı olmayıb. İmza yerinə xətt çəkən  Hacı Vahab bununla belə, o dövrün bir çox kapitanlarından fərqli olaraq diplomlu kapitan olub. Hacı Vahabın diplom almasının maraqlı tarixçəsi var. 1909-cu ildə Xəzər hərbi donanmasına məxsus “Araks” gəmisi saya oturur. Gəminin ağır gövdəsi yarıyadək torpağa girir. Ən güclü yedək gəmilərini gətirsələr də, bir həftə ərzində “Araks”ı yerindən tərpədə bilmirlər. Çarəsiz qalan komandan haqqında eşitdiyi qoca kapitanı İçərişəhərdən yanına çağıtdırır. Hacı Vahab öz “Nobel” yedək gəmisində körpüyə yan alanda, gəmini görənlərdə problemin həll ediləcəyinə şübhə yaransa da, komandan məcburiyyətdən gəminin saydan çıxarılması əməliyyatının Hacı Vahaba həvalə edilməsi haqqında əmr imzalayır. Və Hacı Vahab bir həftə ərzində diplomlu kapitanların yerindən tərpədə bilmədikləri “Araks”ı on iki saata saydan çıxarır. Elə həmin gün admiral Hacı Vahabı  yanına çağırıb heyranlığını gizlətmədən, ona mükafat olaraq yüz çervon qızıl təqdim edir. Lakin Hacı Vahab qızılları götürmür, deyir ki, dənizçi diplomunu heç min çevrona dəyişməz. Kapitanın özünəgüvənliyi və təmkini admirala xoş gəlir, onunla daha yarım saat söhbət edəndən sonra qətiyyətlə söyləyir: “Onun diplomu olacaq!”  Admiralın  dənizçilik təcrübəsinə və səriştəsinə heyran qaldığı Hacı Vahaba iki ildən sonra Peterburqdan göndərilmiş dənizçilik diplomunu təqdim edirlər. Diplomun əsli Milli Azərbaycan Tarix Muzeyində saxlanılır. 25 kapitan və onlarca mexanik ərsəyə gətirmiş bu sülalədən olan dənizçilər bu gün də ləyaqətlə öz əcdadlarının yolunu davam etdirirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır