• Bakı, 2019-12-13,
Seanews
Heyder Eliyev

miçiliyin kollektivi Ulu öndər Heydər Əliyevin məzarını ziyarət

Hər il 15 iyun tarixini  Azərbaycan xalqı Milli Qurtuluş Günü kimi qeyd edir. Bu mühüm tarixi hadisə Ümummilli liderimiz Heydər Əliyevin adı və onun Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi yolunda müstəsna xidmətləri ilə bağlıdır. İyunun 15-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  rəhbərliyi və çoxminli kollektivinin təmsilçiləri,  eyni zamanda Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllim və tələbələri Milli Qurtuluş Günü münasibəti ilə Ulu öndər Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət ediblər. Dənizçilər milli dövlətçiliyimizin qurucusu, ölkə iqtisadiyyatının inkişafında müstəsna rol oynamış yeni neft strategiyasının banisi, Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əymiş, məzarı üzərinə tər çiçək dəstələri düzüblər. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır