Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-01-28,
Seanews
Heyder Eliyev

Bizim Yubilyar: ASCO-nun dispetçeri Müslüm Abdullayev 60 illik yubileyini qeyd edir

 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İstismar kommersiya departamentinin dispetçeri Müslim Abdullayev 60 illik yubileyini qeyd edir.

19 oktyabr 1962-ci ildə Naxçıvanda anadan olan Müslüm Abdullayev ömrünün 40 ilini dəniz nəqliyyatı sahəsinə həsr edib.

1983-cü ildə Bakı Dəniz Yolları Məktəbini bitirib və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində “matros” kimi əmək fəaliyyətinə başlayıb. 9 il ərzində “kapitanın böyük köməkçisi” vəzifəsinə qədər yüksəlməyi bacarıb.

O, 1992-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində dispetçer vəzifəsinə təyin olunub. Müxtəlif illərdə mühəndis dispetçer, baş dispetçer kimi vəzifələri yerinə yetirib.

30 ildir ki, dispetçer kimi çalışan Müslüm Abdullayev növbədə olduğu müddətdə müşahidə otağından mütəmadi kapitanlarla əlaqə saxlayır, onlara vacib məlumatları ötürür. Kapitan və heyət dənizdə olarkən gəminin təhlükəsizliyinə cavabdehdirlərsə, Müslüm Abdullayev hərəkətdə olan bütün gəmilərin təhlükəsiz mənzil başına çatmasına görə məsuliyyət sahibidir.

 

 

O, işgüzarlığı və səmimi münasibəti ilə kollektivdə böyük hörmət qazanan əməkdaşlardandır.  Yubilyar 2018-ci ildə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Müslüm Abdullayevi 60 illik yubileyi münasibətilə ASCO kollektivi adından səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı və ailə səadəti arzulayırıq!


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır