Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-11-27,
Seanews
Heyder Eliyev

"CADMATIC"in biznesin inkişafı üzrə meneceri ADDA-da master-klas keçib

Finlandiyanın Turku şəhərində yerləşən gəmiqayırma, sənaye və mülki mühəndislik sahəsində layihə və məlumatların idarəedilməsi üçün 3D, BIM və Digital Twin texnologiyalarına əsaslanan proqram təminatının aparıcı tərtibatçısı və təchizatçısı CADMATIC şirkətinin biznesin inkişafı üzrə meneceri Yevgeni Yeqorov Azərbaycan Dövlət Dəniz Akademiyasının qonağı olub.

O, “Gəmiqayırma və gəmi təmiri” kafedrasının əməkdaşları və tələbə heyəti üçün ““CADMATİC” proqram təminatının istifadəsi və proqramda edilən yenilənmələr” mövzusunda master-klass dərsi aparıb.

Tədbirdə çıxış edən Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor, dosent Vüqar Sadıqov Akademiya ilə daim əlaqə saxlayan qonağa razılığını ifadə edərək, belə təqdimatların bakalavr və magistrlərlə yanaşı, müəllimlər üçün də əhəmiyyətini vurğulayıb.

Y.Yeqorov dünyada tanınmış proqram təminatı istehsalçısı olan “CADMATİC” şirkətinin müxtəlif proqram təminatlarından - bütün növ gəmilərin, dəniz və sənaye obyektlərinin, dəbdəbəli yaxtaların, dünyanın ən böyük kruiz gəmilərinin, dəniz platformalarının və s. layihələndirilməsi imkanlarından bəhs edib, tədbirdə iştirak edən tələbə, magistr və müəlimlərin suallarını cavablandırıb.

Master-klass dərsinin yekununda çıxış edən “Gəmiqayırma və gəmi təmiri” kafedrasının müdiri dosent İsaq Xankişiyev hazırda kafedrada tədris prosesində istifadə olunan “CADMATİC” proqram təminatının ödənişsiz yenilənməsinin həyata keçirilməsində göstərdiyi köməkliyə və akademiya ilə daimi əməkdaşlığa görə qonağa təşəkürünü bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır