Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-12-06,
Seanews
Heyder Eliyev

Bakı Gəmiqayırma Zavodundakı tədris təcrübəsi başa çatıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası(ADDA)-nın “Gəmiqayırma və gəmi təmiri” ixtisasının 1-ci tədris ilində oxuyan tələbələrin Bakı Gəmiqayırma Zavodundakı tədris təcrübəsi başa çatıb.

60 saatlıq (06.07.2022-02.08.2022) təcrübə proqramı çərçivəsində tələbələr ilkin olaraq texniki təhlükəsizlik təlimlərinə cəlb edilib.

Daha sonra onlar Zavodun boru, gövdə, mexanika, elektrik kimi istehsalat sahələrində, o cümlədən icrası davam edən layihələrində əmək təcrübəsinə yiyələniblər.

Təcrübənin sonunda proqramı müvəffəqiyyətlə bitirən tələbələrə Zavod tərəfindən müvafiq qiymətləndirilmə sənədi və sertifikatlar təqdim olunub. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır