Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

ADDA-da Beynəlxalq elmi-texniki konfrans keçiriləcək

Noyabrın 17-18-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi elektroavtomatikası” kafedrası “ Elektroenergetikanın müasir problemləri və inkişaf perspektivləri" mövzusunda Beynəlxalq elmi-texniki konfrans keçirəcək.

İki gün davam edəcək Beynəlxalq elmi-texniki konfransda “Yaşıl energetika və regenerativ enerji texnologiyaları” və “Gəmilərin elektrik avadanlığı və avtomatikası” bölmələri üzrə müzakirələr aparılacaq.

Konfransda yerli universitetlər və təşkilatlarla yanaşı, bir sıra ölkələrdən (Rusiya, Türkiyə, Ukrayna, Polşa, Gürcüstan və s.) alimlərin iştirakı gözlənilir. Təqdim olunan məqalələr konfransın toplusuna daxil ediləcək. Müvafiq qaydalara uyğun olaraq seçilmiş elmi məqalələr "Scopus" bazasında dərc olunacaq.

Konfrans materiallarını oktyabrın 25-dək  adda.conference.2022@gmail.com elektron poçt ünvanına göndərmək olar. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır