Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-12-06,
Seanews
Heyder Eliyev

“ASCO Logistics” MMC-nin əməkdaşı “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” adlı təlimdə iştirak edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “ASCO Logistics” MMC-nin əməkdaşı Sadıx Budaqov “Azərbaycan Standartlaşdırma İnstitutu”nun Təlim-Tədris Mərkəzi idarəetmə sistemlərinin və personalın sertifikatlaşdırılması orqanının təşkil etidiyi İSO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” təliminin iştirakçısı olub.

Onlayn formatda keçirilən təlim 5 gün  davam edib.

Təlimin sonunda “ASCO Logistics” MMC-nin əməkdaşı Sadıx Budaqova iştirakçı sertifikatı ilə yanaşı, test imtahanında göstərdiyi uğurlu nəticəyə görə “Keyfiyyət İdarəetmə Sisteminin Daxili Auditoru” üzrə əlavə sertifikat təqdim edilib.

Qeyd edək ki, ISO 9001:2015 Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) hazırladığı və hazırda dünyada ən çox tətbiq edilən keyfiyyəti idarəetmə standartıdır. Beynəlxalq Standartların hazırlanması işi bir qayda olaraq ISO-nun texniki komitələri vasitəsilə həyata keçirilir.

ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi müştərilərin gözləntilərinə, ehtiyaclarına və tənzimləyici tələblərinə cavab verərək müştəri məmnuniyyətini artırmağı nəzərdə tutan, məhsulların istehsalı və xidmətlərin göstərilməsi üzrə beynəlxalq standartlara əsaslanan idarəetmə sistemlərinin qurulması və effektiv fəaliyyətinin təmin edilməsi sahəsində dünya səviyyəli qəbul edilmiş keyfiyyət idarəetmə sistemidir. Bu standart əsasən nəzarət mexanizmidir, əsas məqsədi qüsurları azaltmaq, aradan qaldırmaq, qarşısını almaqdır.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır