Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

“Suraxanı” gəmi-muzeyinin bələdçi heyəti Qobustan Milli Tarix-Bədii Qoruğunda təlimdə olub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyinin bələdçi heyəti elmi-mədəni əlaqələri genişləndirmək məqsədilə Qobustan Milli Tarix-Bədii Qoruğunda olub.  Onlar qoruqda təşkil olunan təlimdə iştirak ediblər.

Təlim zamanı qoruğun direktor müavini Fikrət Abdullayev tanker-muzeyin bələdçiləri ilə təcrübəsini bölüşüb. O, qayaüstü təsvirlər, Qobustan petroqlifləri, qoruğun zəngin biomüxtəlifliyi haqqında ətraflı məlumat verib. Direktor müavini və bələdçilər arasında qayaüstü incəsənət abidələrinin qorunması, konservasiya və restavrasiyası, həmçinin qoruqların idarə olunması və administrativ məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır