Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Dəniz təhlükəsizliyinə dair yeni təlimat dərc olunub

“Dənizdə təhlükəsizlik: dənizçilər, gəmi sahibləri və administrasiya üçün hərtərəfli təlimat” dərc olunub. Sənəddə gəmiçiliyin qarşılaşa biləcəyi təhlükələr və bununla bağlı gəmilərə, gəmiçilik şirkətlərinə, limanlara aid normativ tələblərdən bəhs edilir.

“Seanews.az” xəbər verir ki, təlimatı pirat hücumları, gəmi heyətinin piratlar tərəfindən girov götürülməsi və gəmilərə yönəlmiş terror aktları barədə mütəmadi daxil olan məlumatlar əsasında Beynəlxal Gəmiçilik Palatası hazırlayıb.

Sənəddə səfərə çıxmamışdan öncə baş verə biləcək risklər barədə hərtərəfli və əsaslı qiymətləndirmənin aparılması qaydaları əksini tapıb. Həmçinin, təlimata gəminin təhlükəsizliyinin təmin edilməsi planı və bu planın mövcud qanunun tələblərinə uyğun həyata keçirilməsi ilə bağlı məsələlər də daxil edilib.

Gəmiçilik sahəsindəki mövcud təhdidlər daşımalar zəncirinin fəaliyyətinə əngəl hesab olunur. Bu məsələdə əsas qanunvericilik bazası sayılan SOLAS (Dənizdə İnsan Həyatının Qorunması Konvensiyası) və İSPS (Gəmilərin və Liman Vasitələrinin Qorunması ilə bağlı Beynəlxalq Kodeks) sənədlərinin qəbulundan sonra mühüm irəliləyiş qeydə alınıb. Əsasən təhlükəsizlik mədəniyyəti möhkəmlənib. Mövcud təhdidlər haqqında anlayış artıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır