Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda yanğın təhlükəsizliyi təlimi keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun  işçiləri üçün yanğın təhlükəsizliyi barədə nəzəri və praktiki hissələrdən ibarət təlim keçirilib.

Təlimin nəzəri hissəsində əməkdaşlara baş verə biləcək yanğın hadisəsi zamanı inzibati binada, bölmələrdə, sahələrdə və təmir olunan gəmilərdə yanğın təhlükəsizliyi qaydaları ətraflı izah olunub. İşçi heyətin ilkin yanğınsöndürmə vasitələrindən istifadə bacarıqları, stasionar müalicə təyin olunmuş ağır xəstələrin və digər vasitələrin təxliyəsi zamanı hərəkət qaydaları izah edilib.

Praktiki hissədə simulyasiya edilmiş yanğın zamanı həyəcan siqnalı verildikdən sonra Zavodun yanğınsöndürən komandası təlimatda nəzərdə tutulmuş müddətdə hadisə yerinə çatıb. Şərti yanğın baş vermiş ərazidə təxliyə planına uyğun olaraq əməkdaşların təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə ilkin tibbi yardım göstərilib.

Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Qeyd edək ki, hər zaman əməkdaşların sağlamlığının və təhlükəsizliyinin qorunmasına çalışan ASCO-da analoji təlimlər mütəmadi keçirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır