Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ADDA tələbələrinin yaz semestrinin imtahan sessiyasının onlayn-test üsulu ilə aparılması qaydası açıqlanıb

Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil alan tələbələrin 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının onlayn-test üsulu ilə aparılması Q A Y D A S I açıqlanıb. 

Qaydanı təqdim edirik:

İmatahanın təyin edildiyi vaxt tələbə internetə çıxışını təmin etmək şərti ilə Microsoft Teams proqramına öz istifadəçi adı (loqin) və şifrəsi ilə daxil olur.

Sonra tələbə proqramın təqvimində təyin olunmuş imtahana qoşulmalıdır.

Akademiyanın əsas korpusunda ayrılmış otaqlarda imtahan komissiyasının üzvləri də həmin vaxt Microsoft Teams proqramına qoşulmuş olacaqlar.

Distant təhsildə iştirak edib-etməməsindən asılı olmayaraq bütün tələbələrə imtahan qabağı bal (İQB) kimi minimum 34 bal veriləcək. Fənn müəlliminin rəyi əsasında tələbənin İQB-si 50 bala qədər çatdırıla bilər. Burada tələbənin distant təhsil zamanı fəallığı nəzərə alınacaq.

Qrup tələbələrinin siyahısı üzrə imtahan komissiyası tərəfindən uyğun sayda tələbə ilə imtahan prosesinə başlanacaq.

Eyni zamanda real vaxt rejimində imtahanda iştirak edən tələbələrə ixtiyari bir variant göndəriləcək. Tələbələr bu sualları ekranda görəcəklər.

Hər bir variant 25 sualdan ibarət olacaq. Düzgün sual “2” balla qiymətləndiriləcək. Burada “4 səhv cavab 1 düzgün cavabı ləğv edir” prinsipi tətbiq edilməyəcək.

Tələbələr 20 dəqiqə ərzində test suallarını cavablandırdıqdan sonra cavab kartını proqramın köməkliyi ilə imtahan komissiyasına göndərəcəklər.

Gecikdirilən cavablar qəbul olunmayacaq.

İmtahanın nəticəsi tələbənin elektron ünvanına göndəriləcək. İmtahan zamanı görüntünün olmağı vacibdir.

Görüntüsüz imtahana qoşulan tələbə iştirak etməyən kimi hesab ediləcək. Hər hansısa bir səbəbdən onlayn-test üsulu ilə aparılan imtahanlarda iştirak edə bilməyən tələbələr 2020-ci ilin 5 iyuluna qədər Akademiyanın müvafiq dekanlarına ərizə (On-Line) ilə müraciət etməlidirlər. Müraciət etmiş tələbələr üçün avqust ayında icmal mühazirələr təşkil olunacaq və yeni tədris ili başlayana qədər növbədənkənar imtahan sessiyası təşkil olunacaq.

Bu qayda kəsr imtahanlarında iştirak etmək istəyən tələbələrə də şamil olunur. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır