Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Yaponiya koronavirusa baxmayaraq Havay adaları sahillərində keçiriləcək təlimlərdə iştirak edəcək

Yaponiya hərbi-dəniz qüvvələri koronavirus pandemiyasına baxmayaraq, avqustda ABŞ ilə birlikdə Havay adaları sahillərində keçiriləcək RIMPAC təlimlərində iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə mayın 22-də jurnalistlərə açıqlama verən Yaponiyanın Müdafiə naziri Taro Kono bildirib: “Biz Yaponiya Hərbi-Dəniz Qüvvələrinin RIMPAC təlimlərində iştirakını gözləyirik. Koronavirusa yoluxma təhlükəsi ilə əlaqədar insanlar arasında təmasa yol vermək olmaz. Lakin hesab edirəm ki, hərbi gəmilərin təlimləri bu risklə əlaqədar deyil”.

ABŞ Hərbi-Dəniz Qüvvələrinin məlumatına görə, təlimlər avqustun 17-dən 31-dək təşkil olunacaq. Sakit okean akvatoriyasında 1971-ci ildən etibarən hər iki ildən bir keçirilən təlimlərdə Yaponiya ilə yanaşı, ABŞ, Kanada, Koreya Respublikası və Avstraliya hərbçiləri də iştirak edirlər. Yaponiya bu təlimlərə 1980-ci ildən qatılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır