Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

ADDA tələbələri Qış Liderlik Məktəbinə qatılıblar

Prezident İlham Əliyevin 2020-ci ili ölkəmizdə “Könüllülər ili” elan etməsi ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən könüllülüyün təbliğinə töhfə vermək məqsədilə fevralın 10-dan 14-ə qədər Nabranda yerləşən “Təhsil” istirahət mərkəzində 29 ali təhsil müəssisəsindən 100-dən artıq tələbənin qatıldığı  “Tələbə həmkarlar ittifaqı komitələri könüllülük hərəkatının təməllərindən biridir” mövzusunda Qış Liderlik Məktəbi təşkil olunub.

Azərbaycan Dövlət Dəniz Akademiyasından Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, 197 A qrupunun tələbəsi Turqut Əzizov, 199 İ qrupunun tələbəsi Cabbar Məmmədzadə və 209 A2 qrupunun tələbəsi Vüqar Əliyev də qış məktəbinin iştirakçıları arasında olublar.

Tədbir çərçivəsində müxtəlif mövzularda panel müzakirələr keçirilib. Müzakirələr zamanı tələbələr könüllülüyün məqsəd və prinsipləri, ölkəmizdə gənclərin könüllü fəaliyyətə cəlb olunması sahəsində görülən işlər və könüllülüyün inkişafı məqsədilə həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlandırılıblar. Bildirilib ki, bu cür tədbirlər gəncləri könüllü fəaliyyətinə cəlb etmək, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək üçün əhəmiyyətlidir.

 “Könüllülük nədir və nə kimi üstünlükləri var?”  mövzusunda keçirilən müzakirələrdə ADDA-nın THİK-nin sədri Turqut Əzizovun da çıxışı dinlənilib.

 Qış Liderlik Məktəbinin iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.  Burada iştirakçılara ermənilərin 1918-ci ildə ölkəmizin müxtəlif bölgələrində törətdiyi soyqırımlar barədə ətarflı məlumat verilib.

 Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır