Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

ADDA-da Ümummilli Liderə həsr olunmuş beynəlxalq elmi-texniki konfrans keçiriləcək

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında 9-10 aprel 2020-ci il tarixlərində ümummilli  lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan  “Dəniz  Nəqliyyatının  İnkişaf Perspektivləri” mövzusunda tələbə, magistrant və gənc tədqiqatçıların ənənəvi elmi-texniki konfransı keçiriləcək.

Konfransın bölmələri:

Gəmiqayırma və gəmi təmiri

Dəniz naviqasiyası

Gəmi energetik qurğuları

Gəmilərin elektrik avadanlıqları və avtomatikası

Mexanika və tətbiqi mexanika

Riyaziyyat və informatika

Su nəqliyyatının humanitar və dilçilik məsələləri

İştirakçılar təqdim olunacaq tezislərin adlarını kafedra iclasında təsdiq edildikdən sonra fevralın 17-dək, tezislərin mətnlərini isə (iştirakçının qrupu, soyadı, adı və elmi rəhbərini göstərməklə) martın 18-dək ADDA-nın Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər.

Ən yaxşı məruzələr Konfransın tezislər toplusunda dərc olunacaq.

Nümunəvi çıxışları ilə fərqlənənlər ADDA-nın fəxri diplomları ilə təltif ediləcəklər.

Ətraflı məlumat üçün Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinə müraciət etmək olar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır