Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-30,
Seanews
Heyder Eliyev

ASCO əməkdaşları üçün bir sıra standartlar üzrə daxili auditor təlimi keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) əməkdaşlar üçün ISO 9001, ISO 14001, ISO 45001 Beynəlxalq Standartları üzrə daxili auditor təlimi təşkil olunub.

Təlimi SGS şirkətinin nümayəndəsi Vyaçeslav Zuenok keçib.

Seminarda standartların tələbləri, tətbiqi, daxili auditin planlaşdırılması, uyğunsuzluğun aşkar edilməsi, daxili audit sənədləşdirilməsinin təşkili və daxili auditdən sonra həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

Beş gün davam edən təlim interaktiv formada keçirilib, dinləyicilərin fikirləri dinlənilib, onların sualları cavablandırılıb.

Yekunda mövzular üzrə iştirakçılar imtahan veriblər. İmtahandan uğurla keçən şəxslərə təlimi müvəffəqiyyətlə bitirmələri haqqında sertifikat təqdim edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır