Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-01,
Seanews
Heyder Eliyev

ASCO-da maraqların toqquşmasının qarşısının alınmasına dair təlim keçirilib

AZCON Holding şirkətlərindən olan ASCO-nun əməkdaşları üçün “Maraqların toqquşmasının qarşısının alınması: nəzəri və konseptual əsaslar, qanunvericilik və təcrübə” mövzusunda seminar təşkil edilib.

Təlimi “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev aparıb. O, təqdimatında maraqların toqquşması anlayışı, onun növləri barədə geniş məlumat verib. Həmçinin ASCO üzrə Biznes Etikası Məcəlləsində maraqlar toqquşmasının idarə edilməsi ilə bağlı əks olunmuş qaydaları, bu halların yaranmasının qarşısını almaq üçün əməkdaşların üzərinə düşən vəzifələri və zəruri tədbirləri iştirakçıların diqqətinə çatdırıb. Bundan əlavə, təlimdə maraqlar toqquşmasının operativ şəkildə aşkarlanması və qarşısının alınması məqsədilə tətbiq edilə biləcək hüquqi mexanizmlər və sanksiyalar haqqında da ətraflı danışılıb.

Təlimin sonunda praktiki nümunələr əsasında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, seminar “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ASCO-da da bu sahədə görülən işlərin davamlılığının təmin edilməsi məqsədilə keçirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır