Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

ADDA məzunu: Gəmiçilik sahəsi tənbəl insanları sevmir

www.seanews.az və Azərbaycan Dövlət Dəniz Akademiyasının birgə gerçəkləşdirdiyi “ADDA məzunu” layihəsində bu dəfə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO)  Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzinin əməkdaşı Ramin Hacıbəyovdur.

Ramin Hacıbəyov 1993-cü ildə Bakıda anadan olub.

2010-cu ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının Nəqliyyat Servisi fakultəsinə daxil olub.

2014-cü ildə Akademiyanı müvəffəqiyyətlə başa vurub.

Hərbi xidmətdən qayıtdıqdan sonra ASCO-nun “Şirvan” gəmisində matros kimi işə qəbul olunub.

Daha sonra Xəzər Dəniz Neft Donanmasının digər gəmilərində çalışıb.

Hazırda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyasının balansında olan  Təlim Tədris Mərkəzinin Qeydiyyat, imtahan və sertifikatlaşdırma qrupunda sertifikatların qeydiyyatı üzrə mütəxəssis vəzifəsində işləyir.

Ramin Hacıbəyov: Gəmiçilik sahəsi tənbəl insanları sevmir. Bu sahədə bilik və təcrübə çox önəmlidir. Ona görə də təcrübəmi, bilik və bacarıqlarımı mütəmadi artırmaq əsas məqsədlərimdəndir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır