Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

ASCO əməkdaşı Çində “Ətraf mühitin qorunması texnologiyası və avadanlığı” mövzusunda seminarda iştirak edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının  Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbəsinin ətraf mühitin mühafizəsi üzrə mühəndisi Elnur Bəşirov Çin Xalq Respublikasında 1 aylıq seminarda iştirak edib.

 İnkişaf etməkdə olan ölkələr (İEOÖ) üçün nəzərdə tutulmuş “Ətraf mühitin qorunması texnologiyası və avadanlığı” ilə bağlı təlim çərçivəsində Çinin Suzhou, Şanxay, Nanchang, Hangzhou şəhərlərinə səfərlər təşkil olunub.

ASCO əməkdaşı Suzhou Elm və Texnologiya Universitetində, Hankong-Nanchang Universitetində, Zhejiang Texnologiya Universitetində 8 professor, 6 elmlər doktoru və 4 professor assistentinin ətraf mühitin qorunması texnologiyası sahəsində həyata keçirdikləri layihələri, elmi tədqiqatları, yeni nəzəriyyələri əhatə edən 25 mühazirədə dinləyici kimi iştirak edib.

Seminar iştirakçıları ekoloji qoruq rəhbərinin, baş mühəndisin, şirkət və qurğu rəhbərləri ilə birgə ekoloji qoruqlara, dövlət zavodlarına, təmizləyici qurğulara baş çəkiblər. Ümumilikdə təcrübə məqsədi ilə təşkil olunanc19 səfərdə ətraf mühitin qorunması avadanlıqlarının iş prinsipləri ilə yaxından tanış olublar.

Elnur Bəşirov kurslarda iştirak edən Azərbaycanlı mütəxəssislərlə birlikdə 18 ölkədən olan 64 nəfərlik nümayəndə heyətinin qarşısında  təqdimatla çıxış edib. Təqdimat zamanı ölkəmizin inkişafında neft sektorunun  və gəmiçiliyin rolundan danışıb. Bildirib ki, ASCO artıq brendə çevirilib, Xəzər dənizində neft-qaz sektorunda görülən işlərdə şirkət əvəzolunmaz rola malikdir.  

O, ətraf mühitin qorunması sahəsində görülən işlərdən də bəhs edib. Sıfır atqı şərtinin ASCO-nun beş siyasətindən biri KSƏTƏMM siyasətinin bir hissəsi olduğunu iştirakçıların diqqətinə çatdırıb.

Sonda iştirakçı ölkələrin nümayəndələrinə sertifikatlar verilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır