Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

ADDA-da keçirilən elmi-texniki konfransların nəşrləri işıq üzü görüb

Azərbaycan Dövlət Dəniz Akademiyasında may ayında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Su nəqliyyatının problemləri” mövzusunda 14-cü Beynəlxalq elmi-texniki konfransın “Məruzə materialları” jurnalı və “Dəniz nəqliyyatının  inkişaf perspektivləri” mövzusunda tələbə, magistrant və gənc tədqiqatçıların elmi-texniki konfransının “Tezislər toplusu” işıq üzü görüb.

Hər iki nəşr Akademiyanın mətbəəsində çap edilib.

Qeyd edək ki, hər il may ayında Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilimiş Beynəlxalq elmi-texniki konfrans keçirilir. 2019-cu ildə də baş tutan elmi-texniki konfransa ümumilikdə 116 məruzə, o cümlədən 6 xarici ölkədən (Türkiyə, Rusiya, Bolqarıstan, Ukrayna, Qazaxıstan, Gürcüstan) 42 alimin məruzələri təqdim edilib. Bu konfransın məqsədi su nəqliyyatının problemlərinin öyrənilməsi və tədqiq edilməsi sahəsində öz töhfəsini verməkdir. Elmi-texniki konfransın təşkilatçıları bu məruzələrin gələcəkdə su nəqliyyatı və su ilə daşımalarda qarşıya çıxa biləcək problemlərin həllində kömək olacağına ümidvardır.

Bununla belə, ADDA-da hər il tələbə, magistrant və gənc tədqiqatçıların da elmi-texniki konfransı təşkil olunur.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır