Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

ASCO-nun Təlim Tədris Mərkəzinin əməkdaşı Çin Xalq Respublikasında seminarda iştirak edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzinin əməkdaşı Aybəniz Kərimli Çin Xalq Respublikasında seminarda iştirak edib.

Gənc təhsil işçiləri üçün nəzərdə tutulmuş seminara İndoneziya, Bosniya və Hersoqovina, Sierra-Leone, Efiopiya, Cənubi Afrika, Tanzaniya, Pakistan, Yamayka, Argentina, Uruqvay, Panama, Antiqua-Barbuda və bir sıra digər ölkələrdən nümayəndələr qatılıb.

Ümumilikdə seminar Çanqçun, Pekin və Şanxay şəhərlərində baş tutub. Təşkilatçılar itirakçı ölkələrin nümayəndələrinin bir neçə nufuzlu ali təhsil müəssisələrinə səfərlərini təşkil ediblər.

Proqram çərçivəsində Çin tarixi, Çin təqaüd proqramları, təhsil mübadiləsinin yeni istiqamətləri, 1990-2018-ci illərdə Çin təhsilində aparılan islahat və inkişaf, təhsildə innovasiyalar, təhsil-tədris psixologiyası və idarəetmə, kimi mövzularda mühazirələr təşkil edilib.

Seminarın yekununda iştirakçı ölkələrin nümayəndələrinə sertifikatlar verilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır