Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Elxan Məmmədov: ADDA məzunları nüfuzlu şirkətlərdə öz karyeralarını uğurla davam etdirirlər

www.seanews.az və Azərbaycan Dövlət Dəniz Akademiyasının birgə gerçəkləşdirdiyi “ADDA məzunu” layihəsində bu dəfə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO)  Azərbaycan Dövlət Dəniz Akademiyasının əməkdaşı Elxan Məmmədovla sizi yaxından tanış edirik.

Elxan Məmmədov 2005-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmiqayırma və gəmi təmiri” ixtisası üzrə bakalavr və 2007-ci ildə magistratura pilləsini bitirib.

Pedaqoj fəaliyyətinə 2008-ci ilin sentyabrından Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmiqayırma və gəmi təmiri” kafedrasında başlayıb. Hazırda da elə həmin kafedrasının dosentidir.

2012-2013-cü illərdə ADDA-nın “Dəniz texnikası və gəmiçilik” fakültəsinin qiyabi şöbəsi üzrə dekan müavini olub.

Uzun müddət Azərbaycan Dövlət Dəniz Akademiyasında Tələbə Elmi Cəmiyyətinin sədri vəzifəsində işləyib.

2013-2015-ci illərdə ADDA-da Sıravi Heyət Mütəxəssisləri Hazırlama şöbəsinin müdiri vəzifəsi ona həvalə olunub.

2015-2018-ci ilin sentyabrınadək ADDA-da Karyera qrupunun rəhbəri olub.

2017-ci ilin noyabrından 2018-ci ilin sentyabrınadək ADDA-da “Gəmiqayırma və gəmi təmiri” kafedrasının müdiri vəzifəsini icra edib.

2018-ci ilin sentyabrından 2019-cu ilin sentyabrınadək ADDA-da İnformasiya Resurs Mərkəzinin müdiri vəzifəsində işləyib.

Hazırda “Gəmi mexanikası və elektromexanikası” fakültəsinin dekan müavini vəzifəsində çalışır.

Elxan müəllim ictimai fəaliyyəti ilə də seçilir. Belə ki, o Azərbaycan Dövlət Dəniz Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsini də icra edir.

Elxan Məmmədov: «ADDA məzunlarının işlə təmin olunması istiqamətində geniş imkanlar yaradılıb. Məzunlarımız nüfuzlu şirkətlərdə öz karyeralarını uğurla davam etdirirlər.»


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır