• Bakı, 2019-11-22,
Seanews
Heyder Eliyev

Azərbaycan Dövlət Dəniz Akademiyasında Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Dövlət Dəniz Akademiyasında rektor Heydər Əsədovun sədrliyi ilə Elmi Şuranın növbəti iclası keçirilib.

Gündəlikdə yer alan məsələlərdən söz açan rektor Akademiyada tədrisin keyfiyyətinin artırılması istiqamətində işlərin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Bununla yanaşı, tələbələrin nəzəri biliklərinə onların istehsalat təcübəsi zamanı əldə etdikləri bacarıqların əhəmiyyətli təsiri olduğunu bildirib.

Tədris qeydiyyat şöbəsinin müdiri Əsədullah Süleymanov 2018/2019-cu tədris ilində əyani formada təhsil alan tələbələrin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmilərində, gəmiqayırma və gəmi təmiri zavodlarında tədris, istehsalat və diplomqabağı təcrübə keçmələri haqqında geniş məlumat verib. Təcrübə müddətində bəzi çatışmazlıqların olduğunu Şura üzvlərinin diqqətinə çatdırıb, bu halların aradan qaldırılması üçün professor-müəllim heyətinin üzərinə düşən vəzifələrin vacibliyini vurğulayıb.

Müzakirələrdən sonra Akademiyanın rektoru tədris və istehsalat təcrübəsinin müvafiq tələblər səviyyəsində təşkil olunması üçün Tədris qeydiyyat şöbəsinə, fakültə dekanlarına, kafedra müdirlərinə və təcrübə rəhbərlərinə tapşırıqlar verib. 

Sonra ADDA-nın Tədris və tərbiyə işləri üzrə prorektoru, professor Zahid Şərifovun İSO 9001:2015 Beynəlxalq standartının tələblərinə uyğun olaraq Akademiyada görülən işlər haqqında hesabatı dinlənilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır