Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

ASCO əməkdaşları üçün “Risklərin idarəedilməsi” mövzusunda təlimlər keçirilir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları üçün “Risklərin idarəedilməsi” mövzusunda təlimlər keçirilir.

Təlimlərin təşkili EY (Ernst&Young) şirkətinin Kiyevdə yerləşən Biznes Akademiyasına həvalə olunub. Bununla bağlı EY ilə ASCO arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, şirkət ASCO-nun rəhbər şəxsləri üçün üç istiqamətdə proqram hazırlayıb.  Bunlar “Risk-menecment”, “Risklərin idarəedilməsi, biznes qərarlarında risklərin qiymətləndirilməsi”, “Effektiv kommunikasiya” təlimidir.

Artıq ilk iki təlim başa çatıb, sonuncu təlimin isə noyabrın 21-22-də keçirilməsi nəzərdə tutulur. Təlimləri başa vuranlara EY tərəfindən sertifikatlar verilir. Hər təlimdə 40 nəfər əməkdaşın iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, “Risklərin idarəedilməsi” üzrə təlimlərin təşkili ASCO sədri Rauf Vəliyevin əmrinə əsasən Gəmiçiliyin 2019-2023-cü illəri əhatə edən 5 illik strateji Tədbirlər Planında əksini tapıb.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır