ADDA məzunu: Yaxşı mühəndis olmaq üçün obyektiv və operativ baxış gərəkdir
www.seanews.az və Azərbaycan Dövlət Dəniz Akademiyasının birgə gerçəkləşdirdiyi “ADDA məzunu” layihəsində bu dəfə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Layihə Elmi Tədqiqat İnstitutunun əməkdaşı Nərmin Yaftumova ilə sizi yaxından tanış edirik.
Nərmin Yaftumova 1994-ci ildə doğulub.
2011-cu il ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz texnikası və gəmiçilk” fakültəsinin “Gəmiqayırma və gəmi təmiri” ixtisasına qəbul olub. 2015-ci ildə Akademiyanı bitirib.
Elə həmin ili “Xəzər Dəniz Layihə” ETİ-nin Gövdə-konstruktor şöbəsinə mühəndis–konstruktor vəzifəsinə qəbul olunub.
2017-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi mexanikası” fakültəsi “Gəmi təmiri” ixtisasının magistr pilləsinə daxil olub. 2019-cu ildə magistraturanı bitirib.
Hazırda fəaliyyətini “Xəzər Dəniz Layihə” ETİ-nin Gövdə-konstruktor şöbəsində davam etdirir
Nərmin Yaftumova: Yaxşı mühəndis olmaq üçün obyektiv və operativ baxış gərəkdir.