ADDA-ya bu il qəbul olan tələbələrə formaların verilməsinə başlanıb
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının I kurs tələbələrinə xüsusi geyim formasının paylanmasına başlanılıb.
Bu il ADDA-ya daxil olan 234 tələbənin hamısı forma ilə təmin ediləcək.
Qeyd edək ki, Akademiya bütün tələbələrini ildə 2 dəfə (yay və qış geyimləri) pulsuz forma ilə təmin edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır