Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

miçilikdə “İnsan xarakterinin analizi” mövzusunda psixoloji təlim təşkil ol

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin İnsan Resurlarının İdarəedilməsi, Hüquq və İnzibati işlər və vətəndaş müraciətləri ilə iş üzrə departamentlərinin əməkdaşlarının iştirakı ilə “Profaylinq sistemi – İnsan Xarakterinin Analizi” mövzusunda təlim keçirilib. İnsan Resurslarının İdarəedilməsi Departamentinin təşkilatçılığı ilə baş tutan seminar əməkdaşların fəaliyyət keyfiyyətinin artırılması, komanda ruhunun inkişaf etdirilməsi, namizəd və ya personallarla işləmək bacarıqlarının daha da peşəkar səviyyəyə yüksəldilməsi məqsədi ilə təşkil olunub. Dəniz Nəqliyyat Donanmasının akt zalında keçirilən seminarın qonağı “CIBS” şirkətinin peşəkar və təcrübəli təlimçisi və mütəxəssis profayleri Təbriz Hacıyev olub. Dörd saat davam edən təlim zamanı vəzifələrə uyğun namizədlərin təyin edilməsi, insan xarakterinin analizi və qısa müddətdə müəyyən edilməsi, ətrafdakı insanların davranışlarının əsl səbəblərinin analizi, namizəd və əməkdaşlarla optimal münasibətlərin qurulması, insan psixologiyasının gizli analiz olunması, empatiya hissinin inkişaf etdirilməsi və s. kimi mövzulara toxunulub. İnteraktiv formada keçirilən təlimdə iştirakçıları maraqlandıran sualları da cavablandırıb. Təlimdə ümumilikdə 55 nəfər iştirak edib. Gələcəkdə bu tip seminarların Cəmiyyətin bütün departamentlərinin əməkdaşları üçün təşkili planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır