Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

niz Akademiyasında master-klass dərsi keçir

Azərbaycan Dövlət Dəniz Akademiyasında ilk dəfə olaraq “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”  ixtisası üzrə təhsil alan IV kurs tələbələrinə “Gəmi daxiliyanma mühərriklərinin nəzəriyyəsi” fənni üzrə master-klass dərsi keçirilib. Məqsəd gəmi dizellərinin işçi tsiklinin hesabında riyazi modelləşdirmənin tətbiqi yolu ilə az vaxtda, maddi itkilər olmadan mühərrikin istismar parametrlərinin optimal qiymətlərinin riyazi eksperimentlərlə müəyyənləşməsini nümayiş etdirməkdir. Master-klass dərsində tələbələrlə yanaşı, Akademiyanın professor-müəllim heyətinin nümayəndələri, kafedra müdirləri, tədris və tərbiyə işləri üzrə prorektorlar da iştirak ediblər. Dərs zamanı gəmi dizellərinin işçi tsiklini hesablamaq üçün tərtib olunmuş metodikanın ümumi müddəaları, bu metodikanın kompyuterdə reallaşdırılması üçün “Fortran” alqoritmik dilində hazırlanmış proqram, hesablamanın aparılması qaydası və alınan nəticələr nümayiş etdirilib. Bundan başqa, təqdim edilən proqramdan istifadə olunaraq “Gəncə” tankerinin 6L20 markalı dizel mühərrikinə aid riyazi eksperimentlərin nəticələrinin təhlili yolu ilə yanacaq verilməsinin qabaqlama bucağı, yanacağın başlanğıc püskürmə təzyiqi və istifadə olunan yanacağın növünün optimal qiymətlərinin təyini izah edilib.   Sonda tələbələrin və digər iştirakçıların sualları cavablandırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır