Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-31,
Seanews
Heyder Eliyev

Təlim-Tədris Mərkəzində ötən il 4482 nəfər dinləyici üçün 514 kurs keçirilib

ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının tərkibində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzində (TTM) ötən il ərzində fəaliyyət proseslərinin təkmilləşdirilməsi, peşəkar komandanın formalaşdırılması, tədris proqramları və dərs vəsaitlərinin müvafiq standartlara uyğunlaşdırılması, ən əsası dənizçilərin sertifikatlaşdırılması üçün təlimlərin keçirilməsi, onların təcrübi məşğələləri və qiymətləndirilməsi işləri uğurla davam etdirilib.

2025-ci ildə TTM-də 4482 nəfər dinləyici üçün 514 kurs keçirilib. Dinləyicilərdən 4 nəfəri xarici vətəndaş olub. Təlimlər iştirakçıların aid olduğu ölkələrə uyğun Azərbaycan və ingilis dillərində təşkil edilib.

Ötən il mərkəzdə “Nautical Institute” tərəfindən akkreditasiya olunmuş Dinamik mövqe saxlama sisteminə texniki xidmət (DPVM) təliminin tədrisinə başlanılıb.

Qeyd edək ki, 12 ildir fəaliyyət göstərən ASCO-nun Təlim Tədris Mərkəzində dənizçilərin sertifikatlaşdırılması üçün təlimlərin keçirilməsi, onların praktik məşqləri və qiymətləndirilməsi xidmətləri göstərilir. Mərkəz müasir auditoriyalardan ibarət olmaqla, həmçinin trenajor, üzgüçülük hovuzu və dənizçilik avadanlıqları ilə təchiz edilib.

Təlim-Tədris Mərkəzində keçirilən təlimlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi və Amerika Gəmiçilik Bürosu (American Bureau of Shipping) tərəfindən akreditasiya olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır