Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-03-18,
Seanews
Heyder Eliyev

Konteyner daşımalarında "vahid dil"ə keçid: IoT standartları yenilənir

Qlobal konteyner daşımalarında kimin hansı proqramdan istifadə etməsindən asılı olmayaraq, məlumatların hamı üçün əlçatan və anlaşılan olması istiqamətində böyük addım atılıb.

“Seanews.az” xəbər verir ki, beynəlxalq rəqəmsallaşma nəhəngi “Viachain” daşımalarda vahid texnoloji standartlar müəyyən edən DCSA+ birliyinə qoşulduğunu elan edib.

İndiyədək müxtəlif gəmiçilik xətləri və terminallar fərqli məlumat formatlarından istifadə etdiyi üçün tədarük zəncirində "kor nöqtələr" yaranırdı. Yeni əməkdaşlıq çərçivəsində tətbiq olunacaq vahid standartlar sayəsində həm quru, həm də soyuduculu (reefer) konteynerlər vahid API (proqram təminatı interfeysi) vasitəsilə izləniləcək.

Bundan başqa yük sahibi, terminal operatoru və daşıyıcı eyni məlumat bazasından, eyni dildə istifadə edəcək. Həmçinin depolarda və limanlarda məlumat mübadiləsi avtomatlaşacağı üçün kağız və sistem uyğunsuzluğu qaynaqlı vaxt itkiləri minimuma enəcək.

DCSA+ tərəfindən irəli sürülən bu təşəbbüs, gələcəkdə bütün beynəlxalq yükdaşımaların "ortaq rəqəmsal pasport" sistemi ilə işləməsinə zəmin yaradır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır