Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-12,
Seanews
Heyder Eliyev

Azərbaycan Dənizçilik Kollecinə qəbul olunanların nəzərinə!

Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdindəki Azərbaycan Dənizçilik Kollecinə qəbul olunmuş abituriyentlərin nəzərinə!

2024/2025-ci tədris ilində subbakalavr pilləsinə qəbul olunmuş abituriyentlər 09.09.2024-cü il tarixindən 17.09.2024-cü il (18.00-dək) tarixinədək portal.edu.az-da qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat zamanı aşağıdakı sənədləri portala yükləməlidirlər.

1. İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi bilet (oğlanlar üçün);

2. Tələbənin imtiyazını təsdiq edən sənədlər.

Portal.edu.az-da qeydiyyat etməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək.

Portal.edu.az-da qeydiyyatdan keçmiş tələbələr 09.09.2024-cü il tarixindən 17.09.2024-cü il tarixinə qədər (saat 10:00-15:00) aşağıdakı qeyd olunan sənədləri Kollecin binasına (Xətai rayonu, Cavanşir küçəsi,3, keçid 823) təqdim etməlidirlər:

  1. Şəxsiyyət vəsiqəsinin surəti (2 nüsxə);
  2. Attestatın əsli və surəti;
  3. Ilkinhərbiqeydiyyataalınmahaqqında sənəd və ya hərbi biletin əsli və surəti;
  4. Tibbi arayış (forma 086);
  5. Narkoloji və nevroloji dispanserdən arayış;
  6. 4 ədəd 3x4 ölçülü fotoşəkil;
  7. Ödənişli tələbələr üçün ödəniş haqqında qəbzin surəti;
  8. 18 yaşına çatmamış tələbələr valideynin birinin şəxsiyyət vəsiqəsinin surəti;
  9. İmtiyazlı tələbələr üçün imtiyazlı olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti.

 Əlaqə nömrəsi: (050) 287-99-14

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır