ADDA-nın magistratura piləsinə qəbul olunmuş bakalavrların nəzərinə!
2024/2025-ci tədris ilində magistratura pilləsinə qəbul olunmuş bakalavrlar 09.07.2024-cü il tarixindən 18.07.2024-cü il saat 18:00-dək portal.edu.az -da qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat zamanı aşağıdakı sənədlər portala yüklənməlidir:
- Diplom və diploma əlavənin əsli və surəti(cari il məzunları üçün bakalavriat səviyyəsini bitirmə haqqında arayış)
- İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi bilet (oğlanlar üçün);
- Tələbənin imtiyazını təsdiq edən sənədlər (əgər varsa).
Tələb olunan sənədlərin qeyd və möhür olan bütün səhifələrinin aydın şəkildə PDF formatında sistemə yerləşdirilməsi zəruridir.
portal.edu.az-da qeydiyyatdan keçməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək.
portal.edu.az -da qeydiyyatdan keçmiş magistrantlar 22.07.2024-cü il tarixindən 26.07.2024-cü il tarixinədək aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Şəxsiyyət vəsiqəsinin surəti (2 nüsxə);
- Diplom və diploma əlavənin əsli və surəti (cari il məzunları üçün bakalavriat səviyyəsini bitirmə haqqında arayış)
- Çağırışçı şəhadətnaməsi və ya hərbi biletin əsli və surəti;
- Tibbi arayış (forma 086);
- 8 ədəd 3x4 ölçülü fotoşəkil;
- Ödənişli tələbələr üçün ödəniş haqqında qəbzin surəti;
- İmtiyazlı magistrantlar üçün imtiyazlı olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;
- Yaşayış yerindən arayış.
Sənədlərin qəbulu 22.07 - 26.07.2024-cü il tarixlərində saat 10:00-dan 15:00-dək Akademiyanın əsas korpusunda aparılacaq.