ADDA-da ixtisas fənləri üzrə fəlsəfə doktoru imtahanları keçiriləcək
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) 2024-cü ilin may ayında ixtisas fənləri üzrə fəlsəfə doktoru imtahanlarının keçirilməsi planlaşdırılır.
Bu barədə ADDA-dan məlumat verilib.
Məlumatda bildirilib ki, imtahanda iştirak üçün ərizələr 1 may 2024-cü il tarixinədək qəbul ediləcək.
İddiaçı şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunmaqla, ərizə ilə ADDA-ya müraciət etməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır