Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

ADDA professorunun yeni monoqrafiyası çap olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) “Tətbiqi mexanika” kafedrasının professoru Rövşən Hümbətəliyevin  “Kompüter modelləşdirməsi. Kompüter modelləşdirməsinin elmi eksperimentlərdə tətbiqi” adlı yeni monoqrafiyası işıq üzü görüb.

Kitab Almaniyanın “Lambert Academic Publishing” nəşriyyatında çap edilib.

Monoqrafiya fiziki, kimyəvi, ekoloji, iqtisadi, bioloji və digər sahələrin modelləşməsinin yaradılmasına həsr olunub.

Kitabdan kompüter elmləri sahəsində işləyən elmi işçilər, ali tədris işçiləri və tələbələr faydalana bilərlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır