Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

ADDA-da V Beynəlxalq Avrasiya Risk konfransı keçiriləcək

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) 17-19 oktyabr 2023-cü ildə “Təbii və texnogen risklərin minimallaşdırılması üzrə innovasiyalar” mövzusunda V Beynəlxalq Avrasiya Risk konfransı (RİSK-2023) keçiriləcək. 

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş konfransda təbii, istehsalat prosesləri ilə bağlı risklər, o cümlədən gəmiçilik, yükdaşımalar və liman əməliyyatları ilə bağlı risklər haqqında məruzələr dinləniləcək.

Konfransa dünyanının aparıcı ölkələrindən tanınmış alimlər məruzəçi kimi dəvət olunub. 

Qeyd edək ki, RİSK-2023 konfransı ADDA,  “AMİR Technical Servises” şirkəti, Paris dağ-mədən məktəbi, Milan Politexnik Universiteti, Honqkonq Şəhər Universiteti, Dayanıqlılıq üzrə Beynəlxalq Qrup – ABŞ-nin Qnedenko Forumu , Avrova Təhlükəsizlik  və Dayanıqlılıq Assosiasiyası və Qingdao Universitetinin birgə təşkilatçılığı ilə təşkil olunacaq. 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır