Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

ADDA tələbələri arasında olimpiada keçirilib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) “ümumpeşə hazırlığı fənləri” və “ixtisas fənləri” üzrə olimpiada keçirilib.

Olimpiada hər fənn üzrə ayrılıqda aparılıb. Tələbələr fənn üzrə qoyulmuş sualları yazılı şəkildə cavablandırdıqdan sonra müsabiqə komissiyasına təqdim ediblər.

Qaliblər sertifikat və pul mükafatları ilə təltif olunublar.

Qeyd edək ki, olimpiadanın keçirilməsində məqsəd tələbələrin intellektual bacarıqlarının aşkarlanması, elmi yaradıcılıqlarının stimullaşdırılması, elmdə və təhsildə uğurların təbliği, magistratura və doktoranturanı hədəf seçmiş qabiliyyətli və istedadlı gənclərin müəyyənləşdirilməsindən ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır