Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

“Xəzər” uşaq bağçası 60 illik yubileyini qeyd edir

“Xəzər” uşaq bağçasının 60 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə bağçanın 60 illik tarixinə nəzər salınıb, onun fəaliyyətində xidmətləri olmuş işçiləri, keçmiş məzunları xatırlanıb.

Bildirilib ki, yarım əsrdən çoxdur fəaliyyət göstərən bağça indiyədək yüzlərlə dənizçinin övladına qucaq açıb, onların yetişdirilməsində böyük rol oynayıb.

Bayram tədbirində iştirak edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədr müavini Cəbrayıl Mahmudlu 60 illik yubiley münasibətilə kollektivi təbrik edib və onlara müvəffəqiyyətlər arzulayıb. O, son illərdə ASCO rəhbərliyinin qərarı ilə burada görülən işlərdən danışıb. Həmçinin, bildirib ki, təhsilin inkişafına nail olmaq istiqamətində bağçada bir sıra uğurlar əldə olunub.

Daha sonra uşaqların ifasında rəngarəng bayram proqramı təqdim olunub. Uşaqlar şeirlər söyləyib, mahnılar oxuyub, rəqs nömrələri nümayiş etdiriblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır