• Bakı, 2020-03-30,
Seanews
Heyder Eliyev

"Neptun" üzən tərsanəsinin yaradıcı üzvü

23 yaşlı İbrahim Hüseynov ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodundakı "Neptun" üzən tərsanəsinin elektrikidir.

O, babasından yadigar qalan peşə ilə məşğul olmaqla yanaşı,incəsənətin bir çox növü ilə də maraqlanır. Şeir yazmaq, rəsm çəkmək, ifaçılıq onun əsas hobbilərindəndir.

Bu məşğuliyyətlər İbrahimin sevimli peşəsinə nəinki mane olmur, hətta onu daha da ruhlandırır.

Təqdim etdiyimiz videoda gənc həmkarımızın ifaçılıq bacarığı ilə tanış olacaqsınız. Əlavə edək ki, mahnının sözləri və musiqisini də İbrahim özü yazıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır