

Qadın dənizçilərin sayı artmır
Dünya dəniz gəmiçiliyində çalışan qadınların ümumilikdə dənizdə işləyənlərə nisbəti 40 il ərzində dəyişməz qalıb və 2%-ni təşkil edir.
“Seanews.az”-ın məlumatına görə, bunu Böyük Britaniya Dəniz İnstitutunun prezidenti Cillian Karson-Cekson istefası ərəfəsində deyib.
“Mən 1983-cü ildə bu sahəyə gələndə qadın dənizçilərin dənizdə işləyənlərə nisbəti 2% idi. 40 il keçsə də, nisbət dəyişməyib. Dənizçilik sənayesində istismar və təhlükəsizlik məsələləri üzrə əsas tədbirlər məharətlə həyata keçirilsə də, gender müxtəlifliyi və inteqrasiya göstəriciləri ürəkaçan deyil”, - deyə C. Karson-Cekson bildirib.
Onun fikrincə, qadın dənizçilərin ümumi işçilərin sayına nisbəti 20% və daha çox olmalıdır və o, bunun üzərində işləyəcəyini vəd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır