Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

ASCO əməkdaşı kikboksinq üzrə XXVI Azərbaycan çempionatında fərqlənib

Mayın 20-22-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində kikboksinq üzrə XXVI Azərbaycan çempionatı keçirilib. Kişi və qadınlar arasında keçirilən yarış pandemiya səbəbindən ikiillik fasilədən sonar ilk dəfə təşkil olunub.

Yarışda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) İstehsalat Xidmətləri İdarəsinin əməkdaşı Fəridə Abdullayeva da öz gücünü sınayıb.

Fəridə Abdullayeva yarış ərzində 52 kq çəki dərəcəsində 1-ci yeri tutub. İlk raundaa 3-0 hesabı ilə rəqibini üstələyib. İkinci raundda rəqibini nokauta salaraq vaxtından əvvəl qələbə qazanıb. Üçüncü raundda isə 2:1 hesabı ilə rəqibini məğlub etməyi bacarıb. Bununla da, o, avqustda Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil etmək hüququ qazanıb.

Onu da deyək ki, Fəridə Abdullayeva Azərbaycan Dövlət Dəniz Akademiyasında “Gəmi sürücülüyü” fakultəsinin “Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi” ixtisası üzrə təhsil alıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır