Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-19,
Seanews
Heyder Eliyev

Dünyanın ilk metanol ikiyanacaqlı "Kamsamarx" tipli quru yük gəmisi təhvil verilib

Yaponiyanın “Tsuneishi Shipbuilding” şirkətinə məxsus Filippində yerləşən “Tsuneishi Heavy Industries” tərsanəsi dünyanın ilk metanol ilə işləyən ikiyanacaqlı “Brave Pioneer” adlı "KAMSARMAX" tipli quru yük gəmisini təhvil verib.

“Seanews.az” xəbər verir ki, gəmidə metanol hərəkətverici yanacaq kimi istifadə olunur. Bu da onu ənənəvi gəmilərlə müqayisədə daha ekoloji edir: karbon qazı (CO₂) emissiyaları təxminən 10%, azot oksidləri (NOx) 80%, kükürd oksidləri (SOx) isə 99% azalıb. Üstəlik, yaşıl metanolun istifadəsi gəminin ətraf mühitə təsirini daha da minimuma endirir.

“Brave Pioneer” həm dayaz suya oturma, həm də aşağı hava hündürlüyü xüsusiyyətlərinə malikdir ki, bu da ona dünyanın müxtəlif limanlarına rahat daxil olmağa imkan verir.

229 metr uzunluğundakı gəmi, həmçinin Qvineya Respublikasındakı Kamsar limanına da yanaşa bilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır