Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Kipr sahillərindəki “sualtı meşə”

Kipr sahillərində, suyun altında maraqlı şəkildə düzülmüş yüzə yaxın heykəl dalğıclar üçün süni və mistik meşəyə çevrilib.

“Seanews.az” xəbər verir ki, Kiprin Ayia-Napa çimərliyinin bələdiyyəsi Balıqçılıq və Dəniz Araşdırmaları Nazirliyi ilə birlikdə ingilis dizayner Ceyson Dekayres Teylora sözügedən sualtı parkın layihəsi üçün bir milyon avro ödəyib.

“MUSAN” adlanan bu layihə dünyada ilk dəfə olaraq su altında incəsənət nümunələrindən yaradılmış meşə-muzey kimi tarixə düşüb.

Təşkilatçıların sözlərinə görə, meşənin yaradıldığı yer suyun təmizliyinə və dəniz canlılarının az olduğuna görə seçilib. Lakin onların fikrincə, 93 ədəd incəsənət nümunəsindən ibarət meşə-muzey qısa bir zamanda sualtı canlıları özünə cəlb edəcək və onlar orada “məskən” salacaqlar.

Eksponatlar müxtəlif dərinliklərdə yerləşdirilib. Meşə suyun 10 metrlik dərinliyindən başlayaraq daha dərinə enən cığırdan ibarətdir.

Dizaynerin sözlərinə görə, eksponatlar suya davamlı olan xüsusi materiallardan hazırlanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır