• Bakı, 2021-05-17,
Seanews
Heyder Eliyev

Qayığına balina çırpılan kişi dəniz nəhənginin qarnına düşməkdən son anda xilas olub

Qayığına balina çırpılan kişi dəniz nəhənginin qarnına düşməkdən son anda xilas olub.

Bu barədə “Daily Mail" kadrlar yayıb.

Bildirilir ki, hadisə Cənubi Afrika Respublikasının Alqoa körfəzində baş verib. Ailə üzvləri ilə dəniz səyahətinə çıxan 51 yaşlı Marino Gerbavaz delfinləri müşahidə edərkən gözlənilməz hadisə baş verib.

Belə ki, dənizin dərinliklərindən iri bir balina çıxaraq özünü qayığa çırpıb. Zərbə o qədər güclü olub ki, Marino göyərtədən kənara düşüb.

Məməli bu vaxt kiçik balıqları udmaq üçün ağzını açıb. Turist də onlarla birlikdə balinanın qarnına sürüklənməkdən zorla xilas olub.

Həmin ərazidə olan digər kater dərhal kişiyə tərəf yaxınlaşaraq, onu sudan çıxarıb.

Qayıq sahibinin sözlərinə görə, balinanın zərbəsi qayığın mərkəzindən olsaydı vəziyyət acınacaqlı bitə bilərdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır