Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

Konteynerlər gəmilərdən niyə dənizə aşır? - Araşdırma

Son bir neçə ayda onlarla konteyner gəmilərdən aşaraq okean sularına qərq olub. Bu hadisələr ətraf mühitə və ekologiyaya ziyan vurmaqla yanaşı, milyonlarla dollarlıq malın məhv olması ilə nəticələnir. Gəmi sahibləri belə halların ötən illərə nisbətən azaldığını desələr də, son statistik göstəricilər bunun əksini sübut edir.

“Seanews.az” xəbər verir ki, bu hadisələrin nəticəsində dünya dəniz mütəxəssisləri yeni araşdırma aparıblar.

Gəmi mühəndisləri və inşaatçıları parametrik yuvarlanma kimi tanınan fəlakətli hadisənin buna səbəb olduğunu bildirirlər. Belə ki, gəmilərin həcmi böyüdükcə və konteynerlər çoxmərtəbəli binalar səviyyəsinə yığıldıqca gəmilərin açıq sularda dayanıqlılığı getdikcə narahatlıq doğurur.

Araşdırmanın nəticələrinə görə, konteyner itkisi ən çox dalğa gəminin burun hissəsinə çırpılanda baş verir. Mütəxəssislər gəmi sahiblərini gəmiləri həddən artıq yükləməməyə, konteynerləri möhkəm bərkitməyə və üzəcəkləri marşrutun hava şəraitini dərindən öyrənməyə çağırıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır